» » Mayk Tayson yoxsulluğu mədh etdi

Mayk Tayson yoxsulluğu mədh etdi

  • 1-10-2018, 05:23
  • dunya
  • 48 698
Mayk Tayson yoxsulluğu mədh etdi














Ağır çəkili sabiq boksçu Mayk Tayson Mumbaya səfəri zamanı yoxsul həyat tərzini şərh edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Economic Times” yazır.

“Fikrimcə, daha çox yoxsul olanlar daha yaxşı boksçu ola bilər. Ən uğurlu əlcək sahibləri xarabalıqların yetirmələridir. Kasıb boksçular böyük nəticələr əldə edir”, – 52 yaşlı Tayson bildirib.

İdmançı Hindistana qarışıq döyüş növləri (MMA) üzrə “Kumite 1 League” turnirinin açılışına gəlib. Jurnalistlərlə söhbət zamanı Tayson qeyd edib ki, karyerasının əvvəlində seçim imkanı olsaydı, heç vaxt MMA ilə məşğul olmazdı:
“MMA-da böyük pul yoxdur, mən isə həmişə pul ardınca getmişəm”,

Boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub. 1987-1990-cı illərdə Tayson ağır çəki dərəcəsində mütləq dünya çempionu olub.
Oxşar xəbərlər
«    Январь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya