» » Orqanizmin içkidən çökdüyünü göstərən 5 əlamət — İçkini tərgitmək vaxtıdır

Orqanizmin içkidən çökdüyünü göstərən 5 əlamət — İçkini tərgitmək vaxtıdır

Orqanizmin içkidən çökdüyünü göstərən 5 əlamət — İçkini tərgitmək vaxtıdır


Bu simptomlar təkcə hər gün spirtli içki qəbul edənlərdə yox, ayda bir neçə dəfə içənlərdə də ola bilər. Hər şey orqanizmin içkinin zərərinə nə qədər tez ram olacağından və dözümündən, rezervindən asılıdır.
Medicina.az artıq alkoqoldan imtina etməyin vaxtını göstərən 5 siqnalı araşdırıb.

Özünüzü test edin:

- Ağızda quruluq, acılıq,zəhər tamı

Bu simptom içki qəbul edənlərdə qaraciyər və öd axarlarında tıxanma, problemlərin yarandığını göstərir. Eləcə də mədəaltı vəzin çökməsinə işarədir.

- Çox içəndən sonra ürəkbulanmasının olmaması

Bu əslində sağlam orqanizmin artıq içkiyə və toksinləşməyə verdiyi reaksiyadır. Bu yolla bədən etanoldan azad olmaq istəyir. Lakin müntəzəm içki içənlərdə bir neçə il sonra ürəkbulanma olmur, bu kişiləri sevindirir. Əslində isə bu ciddi siqnaldır, orqanizmin müdafiə sistemi çöküb.

Siz etanolla, keyfiyyətsiz içkidən zəhərlənəndə qusma refleksi işə düşməyəcək və ölə bilərsiz.

- Mədə -bağırsaqlarda problem.

İçki mədə və bağırsaqların işini, selikli qişasını tam pozur. Mikroflora dağılır, qarında köp, küy, diareya, qəbizlik yaranır. Gecə sansı, kolitlər olur.

- Yaddaş pozulması

Gecə içəndən sonra səhər dünən baş verənləri və nə dediyini xatırlamamaq artıq alkoqol asılılığının əlamətidir.
Bu simptom beyinin böyük bir sahəsində hüceyrələrin dağılmağa doğru getdiyini göstərir.

- Qızaran üz, saralan dırnaqlar

Dırnaq sədəfinin saralması qaraciyərdə, göyərib, bənövşəyi rəng alması isə ürək damarda problemlərin başlandığını göstərir. Çox içki içənlərdə dırnaqda bu əlamətlər olur və yaranarsa, dərhal içkini tərgitmək lazımdır.

İçkidən sonra üzün çox qızarması artıq içkiyə qarşı allergiyanın olmasını göstərir.

Həmin içkini və ya ümumiyyətlə alkoqolu bədən qəbul etmək istəmir. Amma daha çox hallarda bu qızarma arterial hipertenziya, təzyiq problemini göstərir.

Bu halda içkiyə davam, insult, infarktla yekunlaşa bilər.
Oxşar xəbərlər
«    Июль 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya