» » “Azərsu” ASC-nin sədrinin qohumlarının şirkətləri üzə çıxdı

“Azərsu” ASC-nin sədrinin qohumlarının şirkətləri üzə çıxdı

“Azərsu” ASC-nin sədrinin qohumlarının şirkətləri üzə çıxdı


“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qohumlarının şirkətləri üzə çıxıb...

Bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb.

Oğlu Araz Hüseynov "Natural Aqro” MMC şirkətinin rəhbəridir. Həmçinin o "ABLV Bank”ın Bakı ofisi vasitəsilə bir çox Azərbaycan məmurlarının korrupsiyadan əldə etdikləri pulları xaricə daşıyıb.

Qardaşı Məhəmməd Cavanşir oğlu Hüseynov "Sənaye Tikinti-M" MMC-nin təsisçisidir. Bu MMC "Azərsu" üçün 1,5 mln manata Korgöz qəsəbəsinə su xətti çəkib.

Qaynı Namiq Cidalı oğlu Cəbrayılov "Hidro-İnşaat Servis" və "Hidro-Lotus" MMC-nin təsisçisidir. Türkiyədə də "Lotus" adlı şirkəti var. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz "Hidro-Lotus" MMC-yə tapşırılıb.

Q.Hüseynovun özünün də Bakının Nərimanov rayonunda villası var.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

pia.az
Oxşar xəbərlər
«    Июль 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya