» » Tramp koronavirus peyvəndinin tezliklə hazırlanmasını tələb edir

Tramp koronavirus peyvəndinin tezliklə hazırlanmasını tələb edir

  • 7-09-2020, 09:48
  • dunya
  • 51 682
Tramp koronavirus peyvəndinin tezliklə hazırlanmasını tələb edir


ABŞ Prezidenti Donald Tramp Səhiyyə nazirliyindən koronavirus peyvəndinin hazırlanmasını sürətləndirməyi tələb edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. Bildirilib ki, Tramp müşavirələrdə peyvənd məsələsinə daha çox diqqət ayırır. O, vaksinin il sonunadək hazırlanmasını tələb edir.

Güman edilir ki, Tramp öz reytinqini artırmaq üçün noyabrın 3-nə planlaşdırılan prezident seçkilərinə qədər peyvəndi təqdim etmək istəyir.

Qeyd edək ki, ABŞ koronavirusun yayılmasına görə, dünyada birinci yerdədir. Ölkədə 6,4 milyon insan koronavirusa yoluxub, 3,7 milyon nəfər sağalıb, 193 min pasiyent dünyasını dəyişib.
Oxşar xəbərlər
«    Январь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya