» » Şəhidlik zirvəsini fəth edən Cəbrayılın cəsur oğlu-FOTO/VİDEO

Şəhidlik zirvəsini fəth edən Cəbrayılın cəsur oğlu-FOTO/VİDEO

Şəhidlik zirvəsini fəth edən Cəbrayılın cəsur oğlu-FOTO/VİDEO


Bu gün gərək
Hər anımız Vətən!- desin.
Qılıncımız,qalxanımız
Vətən!- desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən!- desin.
M.Araz

Bu gün ölkəmiz artıq 30 ilə yaxındır ki,müharibə şəraitindədir. Erməni qəsbkalarının həyasızcasına zəbt etdiyi əbədi-əzəli Qarabağımıza-müqəddəs torpalarımızın qoynuna qayıdış bizim borcumuz,hər birimiz üçün şərəf işimizdir. Ali Baş Komandandan-siravi əsgərə,mülki vətəndaşa qədər hər birimiz bölünməyən Azərbaycanımızın bütövlüyü üçün buna səylə çalışırıq.

Canından,qanından keçən şəhidlərimizin,habelə böyük ruh yüksəkliyi ilə zəbt olunmuş torpaqlarımızın tezliklə geri alınması üçün vuruşan rəşadətli,şanlı ordumuzun gücü-qüvvəti ilə Qarabağ torpaqlarına yenidən həyat qayıdır.Artıq addım-addım qazanılan uğurlarımız,qələbə qoxusu gələn hər anımız yenidən tarix yazır. Bəli,dünyada yaxşıya da yamana da hökmü zaman verir. Artıq zaman bizlər üçün haqqa,ədalətə işləyir.

Vətən müqəddəsliyi öz millətini,yurdunu,elini-obasını sevən hər bir insan üçün əsas amal,ümdə arzudur. Azad olmayan vətəndə azad vətəndaş ola bilməz. Tərəqqinin əsası azadlıqdırsa,bu azadlığın əsas obyekti vətən torpağı,doğma el-obasıdır.
Lakin azadlıq nə verilir, nə də satılmır. Onu hər bir xalq,hər bir millət qanı bahasına,igid oğul-qızlarımızın canı bahasına əldə edir.
Torpaqlarımızın bütövlüyü uğrunda gedən qızğın döyüşlərdə ölkəmizin demək olar ki, bütün bölgələrindən “şəhidlik zirvəsi”nə ucalan qəhrəman oğullarımız var. Oğul itkisinə mətanətlə dözən hər bir şəhidin valideyinin dilindən təkcə bu sözlər eşidilir - Təki Vətən sağ olsun!

Bu kəliməni son vaxtlar gedən qızğın döyüşlər zamanı qəhrəmancasına həlak olmuş hərbçimiz Siyavuş Kərbəliyevin ata-anasının dilindən də eşitdik.

Kərbəliyev Siyavuş Hümbət oğlu 1987-ci ilin qızıl payızının 16 oktyabrında Cəbrayılın Horovlu kəndində dünyaya göz açıb. Müqəddəs torpağın havasını doyunca udub,sərin suyunu içib,əsrarəngiz,gözəl yerlərini gəzmək balaca Siyavuşa qismət olmadı. Çünki o zaman onun cəmi cümlətani 5 yaşı var idi.Cəbrayılı-doğma Horovlu kəndini məcburi köçkün kimi tərk edəndə hələ anlamırdı həyatın gedişatını,nələrin baş verdiyini. İllər ötdükcə qarış-qarış,addım-addım böyüyən Siyavuş artıq dözə bilmirdi ata-anasının,qohum-əqrəbasının vətən,torpağ həsrətilə için-için alışıb,qovrulmasına. Vətənpərvərlik ruhunda böyüyən el oğlumuzun doğma yurd-yuva sevgisi düşmənə hədsiz nifrəti,sonunda onu Ali Komandirlər Məktəbinə təhsil almağa gətirib çıxarır. Oranı layiqli olaraq bitirir və dərhal cəbhə bölgəsində zabit kimi vətənə xidmətə başlayır. Erməni qəsbkarlarının doğma el-obasından,ilk ayaq açdığı Horovlu kəndindən didərgin saldığı Siyavuş artıq qisas almaq üçün zabit rütbəsində vətənin müdafiəsinə atılır və bir neçə döyüş bölgəsində uğurlu naliyyətlər əldə edir. Son zamanlarda Ağdam,Füzuli,Cəbrayıl ərazilərində kəşfiyyat bölməsində böyük xidmətləri olur. Həmin ərazi üzrə kəşfiyyat bölməsinin komandiri olan Siyavuş Hümbət oğlu Kərbəliyev hərbidə göstərdiyi şücaətlərə görə mayor rütbəsinə qədər yüksəlir.Atası Hümbət Kərbəliyevin bildirdiyinə görə, şəhidimizin yaxın silahdaşları danışırlar ki,həmin vaxt kəşfiyyata müavini getməli idi.Lakin Kərbəliyev özü getməsini qərara alır.Sanki ürəyinə dammışdı şəhid olacağı... Elə son gedişində də hər an vətən,torpaq sevgisi ilə yaşayan mayor Siyavuş Kərbəliyev ölümün gözünə dik baxaraq qəhrəmancasına həlak olur.Onun ardınca müavini də “şəhidlik zirvə”sini fəth edir. Şəhidlərimiz! Rahat yatın. Canınızdan,qanınızdan keçdiniz vətən torpağında. Hər birimiz xatirənizi hər zaman əziz tutaraq, nigaran ruhunuz qarşısında baş əyib,and içirik.And içirik ki,torpaq,azadlıq uğrunda tökülən qanınız yerdə qalmayacaq.Sizin silahdaşlarınız-rəşadətli Azərbaycan ordusu xain erməni dığalarının nəfəsini kəsərək,murdar izlərini Qarabağ torpağından birdəfəlik siləcəklər.İnanırıq ki,güclü ,qüdrətli Azərbaycan ordusu mütləq bizə tezliklə qələbə sevincini bəxş edərək yenidən tarix yazacaq.

DogruXeber.az


Şəhidlik zirvəsini fəth edən Cəbrayılın cəsur oğlu-FOTO/VİDEOŞəhidlik zirvəsini fəth edən Cəbrayılın cəsur oğlu-FOTO/VİDEO
Oxşar xəbərlər
«    Декабрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Texnologiya